Bu gün Azərbaycan Milli Məclisinin (MM) plenar iclaslarında 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir. Bu gün Azərbaycan Milli Məclisinin (MM) plenar iclaslarında 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir.

Büdcə müzakirələri bu gün də davam edir

Bu gün Azərbaycan Milli Məclisinin (MM) plenar iclaslarında 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir.

AzNews.az xəbər verir ki, iclası spiker Oqtay Əsədov açıq elan edib.

İclasda Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi, 2018-ci il üçün ehtiyac meyarının həddi, 2018-ci il üçün yaşayış minimumu haqqında, o cümlədən Milli Məclis və Hesablama Palatasının 2018-ci il üçün xərclər smetaları, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Sığorta fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Poçt haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihələri müzakirə olunacaq.

Yekunda 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin təsdiq ediləcəyi gözlənilir.