Azərbaycan Mərkəzi Bankı dövriyyədə olan 1 manatlıq əsginasların dəmir pullarla (sikkə) əvəz olunması haqqında düşünür. Azərbaycan Mərkəzi Bankı dövriyyədə olan 1 manatlıq əsginasların dəmir pullarla (sikkə) əvəz olunması haqqında düşünür.

Kağız pullar haçan yığışdırılacaq? - Ekspert danışdı

Azərbaycan Mərkəzi Bankı dövriyyədə olan 1 manatlıq əsginasların dəmir pullarla (sikkə) əvəz olunması haqqında düşünür.

Ekspert Natiq Cəfərli AzNews.az-a açıqlamasında dünyanın bütün ölkələrində bir və iki avroluq əsginasların dəmir pullarının dövriyyədə olduğunu qeyd edib:

“Azərbaycanda da dəmir pulların dövriyyəyə girməsi gündəmə gəlib. Amma Mərkəzi Bank kağız və dəmir pulların maya dəyərinin nə qədər olacağı və bunun Azərbaycan iqtisadiyyatına nə verəcəyi ilə bağlı heç bir hesablama aparmayıb. Hər halda qərar qəbul olunub və dəmir pullar dövriyyəyə buraxılsa, kağız pullar müyyən vaxta kimi dövriyyədə olacaq. Yəni birdən-birə kağız pulları nə qadağan edəcəklər, nə də yığışdıracaqlar”.

Bahar RÜSTƏMLİ
AzNews.az