Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu gələn il yanvarın 1-dən dəyişəcək. Bu səbəbdən də Azərbaycanın maşın bazarında qiymətlərin kəskin artacağı gözlənilir. Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu gələn il yanvarın 1-dən dəyişəcək. Bu səbəbdən də Azərbaycanın maşın bazarında qiymətlərin kəskin artacağı gözlənilir.

"Avtomobil bazarında qiymətlər artacaq" - Millət vəkili

Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu gələn il yanvarın 1-dən dəyişəcək. Bu səbəbdən də Azərbaycanın maşın bazarında qiymətlərin kəskin artacağı gözlənilir.

Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov AzNews.az-a açıqlamasında minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu ilə bağlı qanunun qəbul olunmadığını deyib:

“Mühərriklərin gücünə uyğun olaraq, avtomobillərdə rüsumların artırılması nəzərdə tutulur. Amma bunun qanun kimi nə vaxt qüvvəyə minəcəyi haqqında fikir irəli sürmək çətindir. Əlbəttə ki, rüsumlarda artım olacaqsa, onda avtomobil bazarında qiymətlərdə müəyyən qədər artım olacaq. Bunun hansı avtomobillərə şamil olunacağı da məlum deyil. Ümumiyyətlə, mühərriklərin gömrük rüsumlarının dəyişdirilməsi Milli Məclisin qərarı səviyyəsində həll olunur. Milli Məclis isə belə qərar verməyib. Dövlət bunu necə tənzimləyəcək, hansı şərtlər irəli sürüləcək, bu haqda bir şey deyə bilmərəm”.

Bahar RÜSTƏMLİ
AzNews.az