07:38
(077) 610-22-33

Qırmızı Körpü nəzarət-keçid məntəqəsində avtomobil dayanacaqları tikiləcək

  • >
273 27 Fevral 2013 14:06 | İqtisadiyyat

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü nəzarət-keçid məntəqəsində nəqliyyat vasitələrinin sıxlığını aradan qaldırmaq üçün kommersiya avtomobil dayanacaqları, eləcə də "vahid pəncərə" prinsipi əsasında fəaliyyət göstərən mağazalar açmağı planlaşdırır.

"APA-Economics"in xəbərinə görə, bu barədə ATƏT-in "Sərhəd-keçid məntəqələrində ən yaxşı təcrübə haqqında təlimat - ticarət və nəqliyyatın inkişaf perspektivləri" adlı təlimatında bildirilir.

Sənəd ATƏT üzvü olan ölkələrin gömrük sahəsindəki vəziyyəti, gömrük xidmətlərinin effektiv işini təmin etmək, ticarət və nəqliyyat sahələrində əməkdaşlığın yaxşılaşdırılması üçün görülən tədbirləri əks etdirir.

Qeyd olunur ki, Azərbaycan "elektron gömrük" layihəsi üzərində işlər aparır: "Rəsmi bakı 2006-cı ildə Kioto Konvensiyasına qoşulduqdan sonra gömrük xidmətini bu sənədə əsasən həyata keçirir. Azərbaycan Dövlət Gömrük Komitəsi 2009-cu ildən nəzarət-keçid məntəqələrində "vahid pəncərə" sistemini tətbiq edir. Yeni sistem müxtəlif nəzarətedici orqanlar arasında effektivliyi artırmağa və sərhədi keçmək üçün vaxta qənaət etməyə imkan verir. "Vahid pəncərə" sistemi beynəlxalq standartlara uyğun hazırlanıb".

AzNews.az
Bağla X