“2018-ci ildə “İşsizlikdən sığorta haqqında” qanunun qüvvəyə minməsi nəticəsində Məşğulluq Fondu formalaşacaq”. “2018-ci ildə “İşsizlikdən sığorta haqqında” qanunun qüvvəyə minməsi nəticəsində Məşğulluq Fondu formalaşacaq”.

“Gələn il Məşğulluq Fondu formalaşacaq” - Nazir müavini

“2018-ci ildə “İşsizlikdən sığorta haqqında” qanunun qüvvəyə minməsi nəticəsində Məşğulluq Fondu formalaşacaq”.

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən III Məzun-Karyera Sərgisinin açılışında deyib.

Nazir müavininin sözlərinə görə, fond Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çoxsaylı aktiv əmək proqramlarını həyata keçirməyə imkan verəcək: “Bunlara özünüməşğulluq proqramları, gənclərin subsidiyalı əməkhaqqı ilə işə qəbul edilməsi də aiddir. Artıq bizim gənclər sahəsindəki fəaliyyətimizi genişləndirmək üçün bütün maddi-texniki imkanlar var. Yeganə tələb ali təhsil müəssisələrinin, yaxud gənclərin bu kimi proqramlara maraq göstərməsidir”.

M. Kərimli əlavə edib ki, bu il nazirlik tərəfindən ölkənin 9 ali təhsil müəssisəsində məzun-karyera yarmarkası keçirilib. Bu yarmarkalarda tələbələrə 5000-dən çox vakant iş yeri təqdim edilib.

AzNews.az