“Ötən il Azərbaycan Gürcüstan iqtisadiyyatına 558 mln dollar yatırıb ki, bu da Ermənistanda bu il gözlənilən birbaşa xarici sərmayələrin həcmindən 3 dəfə çoxdur”. “Ötən il Azərbaycan Gürcüstan iqtisadiyyatına 558 mln dollar yatırıb ki, bu da Ermənistanda bu il gözlənilən birbaşa xarici sərmayələrin həcmindən 3 dəfə çoxdur”.

“Ötən il Azərbaycan Gürcüstan iqtisadiyyatına 558 mln dollar yatırıb" - Deputat

“Ötən il Azərbaycan Gürcüstan iqtisadiyyatına 558 mln dollar yatırıb ki, bu da Ermənistanda bu il gözlənilən birbaşa xarici sərmayələrin həcmindən 3 dəfə çoxdur”.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı ekspert Əli Məsimli belə deyib.

O bildirib ki, Azərbaycan həm investisiyalarla, həm də regionda həyata keçirilən layihələrlə Gürcüstan iqtisadiyyatının inkişafına böyük təkan verir.

Gürcüstanda Azərbaycan Ticarət Evinin açılması təklifini şərh edən millət vəkili deyib ki, bu təklifi mütləq reallaşdırmaq lazımdır. “Gürcüstanda Azərbaycan Ticarət Evinin olmasını çox vacib hesab edirəm. Bu, həm azərbaycanlılar və gürcülərin bir-birinə daha da yaxınlaşması, həm də iki ölkə arasında ticarət əlaqələrinin yeni mərhələyə keçməsinə təkan verəcək. Ticarət evi həmçinin Azərbaycandan Gürcüstana qeyri-neft məhsulları, xüsusən də aqrar sənaye məhsullarının ixracının artırılmasına töhfə verəcək”.