Azərbaycandan neft məhsullarının ixracının azalması daxili tələbatın artması ilə bağlıdır Azərbaycandan neft məhsullarının ixracının azalması daxili tələbatın artması ilə bağlıdır

ARDNŞ neft ixracının azalmasına aydınlıq gətirdi

Azərbaycandan neft məhsullarının ixracının azalması daxili tələbatın artması ilə bağlıdır




Son vaxtlar Azərbaycandan neft məhsullarının ixracının azalması ölkə iqtisadiyyatının sürətli inkişafı və ölkə daxilində neft məhsullarına tələbatın böyüməsi ilə bağlıdır.

"APA-Economics"in məlumatına görə, bunu Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, neft məhsullarına daxili tələbat hər il 13-14% artır: "Bu, inkişafın göstəricilərindən biri kimi sevindirici olsa da, Neft Şirkəti üçün sərfəli deyil, çünki ölkə daxilində neft məhsulları xaricdən qat-qat ucuzdur".

Xatırladaq ki, Azərbaycandan neft məhsullarının ixracı 2012-ci ildə 13,5% azalıb. Azalma bu il də davam edir - 2013-cü ilin ilk ayında neft məhsullarının ixracı ötən ilin eyni dövrünə nisbətən 14,2% aşağı düşüb.

Bununla yanaşı R.Abdullayev bildirib ki, ölkədən neft məhsullarının ixracının dayanması və ya daxili tələbatı təmin etmək üçün Azərbaycanın özünün xaricdən neft məhsulları almaq təhlükəsi yoxdur: "Biz bu məsələni araşdırıb müzakirə etmişik və qərara gəlmişik ki, 2020-ci ildə Azərbaycanda yeni neft-qaz kimya kompleksi işə düşənədək köhnə zavodlar ölkəni neft məhsulları ilə təmin edə biləcək".

AzNews.az