2017-ci il dekabrın 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 370,6 mln. manat təşkil edib ki, bunun da 2 mlrd. 285,5 mln. manatı (31,01%) milli valyuta, 5 mlrd. 85,1 mln. manatı (68,99%) isə xarici valyuta ilə yerləşdirilib. 2017-ci il dekabrın 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 370,6 mln. manat təşkil edib ki, bunun da 2 mlrd. 285,5 mln. manatı (31,01%) milli valyuta, 5 mlrd. 85,1 mln. manatı (68,99%) isə xarici valyuta ilə yerləşdirilib.

Azərbaycanda xarici valyutada əmanətlərin həcmi azalıb

2017-ci il dekabrın 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 370,6 mln. manat təşkil edib ki, bunun da 2 mlrd. 285,5 mln. manatı (31,01%) milli valyuta, 5 mlrd. 85,1 mln. manatı (68,99%) isə xarici valyuta ilə yerləşdirilib.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.

2016-cı ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 768,3 mln. manat və ya 50,64% artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 846,3 mln. manat və ya 14,3% azalma var.

Bununla yanaşı, ötən ilin oktyabr ayı ilə müqayisədə noyabrda manatda olan əmanətlərin həcmi 95,9 mln. manat və ya 4,4% artıb, xarici valyutada olan əmanətlərin həcmi isə 5,5 mln. manat və ya 0,11% azalıb.