SOCAR tezliklə Bolqarıstanda qazlaşma məsələlərini araşdıracq və imkanlar barədə məlumat verəcək. SOCAR tezliklə Bolqarıstanda qazlaşma məsələlərini araşdıracq və imkanlar barədə məlumat verəcək.

"SOCAR tezliklə Bolqarıstanda qazlaşma məsələlərini araşdıracaq" - İlham Əliyev

SOCAR tezliklə Bolqarıstanda qazlaşma məsələlərini araşdıracq və imkanlar barədə məlumat verəcək.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisov ilə mətbuata bəyanatında deyib.

Dövlət başçısı qeyd edib: "Nəzərə alsaq ki, bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazı Bolqarıstan ərazisi ilə nəql ediləcək, bu gün biz cənab Baş nazirlə birlikdə müvafiq strukturların rəhbərlərinə göstərişlər verdik ki, Azərbaycanın SOCAR şirkəti tezliklə Bolqarıstanda qazlaşma məsələlərini araşdırsın və imkanlar barədə məlumat versin"

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ölkə daxilində qazlaşma işlərini uğurla həyata keçirir: “Hazırda ölkənin 93 faizi qazlaşdırılıb, ilin sonuna qədər bu göstərici 95 faizə çatacaq".

Azərbaycan Prezidentinin sözlərinə görə, SOCAR buna paralel olaraq qazlaşdırma ilə bağlı digər ölkələrdə investisiya fəaliyyəti də aparır: "Albaniyada qazlaşdrma ilə bağlı müvafiq memorandum imzalanıb. Hesab edirəm ki, Bolqarıstanda da SOCAR-ın qazlaşdırma ilə bağlı investisiya fəaliyyəti həm SOCAR, həm də Bolqarıstan istehlakçıları üçün mühüm hadisə ola bilər. Müvafiq tapşırıqlar verilib. Əminəm ki, danışıqlar tezliklə başlayacaq".