SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-cı ildə 7 mln. 427,1 min ton neft hasil edib. SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-cı ildə 7 mln. 427,1 min ton neft hasil edib.

Azərbaycanın neft və qaz hasilatı azalıb

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-cı ildə 7 mln. 427,1 min ton neft hasil edib.

AzNews.az xəbər verir ki, şirkətin yaydığı məlumata əsasən bu rəqəm 2016-cı ilin göstəricisindən 6% azdır.

Ötən il Azərbaycanda neft hasilatının ümumi həcmi 38 mln. 688.9 min ton olub. Hansı ki, 2016-cı ildə bu rəqəm 41 mln. 34,2 min ton təşkil edib.

2017-ci ildə Azərbaycan qaz hasilatını 3%-ə yaxın azaldıb. Belə ki, ötən il qaz hasilatı 6089 mln. kubmetr təşkil edib.