Qlobal bazarda kriptovalyutalarda davam edən kəskin satış bazarın kapitallaşmasının 2018-ci ilin minimal səviyyəsinə enməsinə səbəb olub. Qlobal bazarda kriptovalyutalarda davam edən kəskin satış bazarın kapitallaşmasının 2018-ci ilin minimal səviyyəsinə enməsinə səbəb olub.

Kriptovalyuta bazarının kapitallaşması 35% azalıb

Qlobal bazarda kriptovalyutalarda davam edən kəskin satış bazarın kapitallaşmasının 2018-ci ilin minimal səviyyəsinə enməsinə səbəb olub.

AzNews.az xəbər verir ki, kriptovalyuta bazrının kapitallaşması 540 mlrd. dollara qədər geriləyib.

Xatırladaq ki, kriptovalyuta bazarının maksimal kapitallaşması (831 mlrd. dollar) tarixi rekord həddə yanvar ayının 8-də çatıb. Hazırda bazarın kapitallaşması bu həddən 35% aşağıdır. "Bitcoin"in qiyməti bu gün 15% azalaraq 11 500 dollara geriləyib. Kapitallaşmasına görə ikinci sırada olan "Ethereum" 21%, "Ripple" 30% dəyərdən düşüb.

Kriptovalyutaların ucuzlaşmasına səbəb qlobal kriptovalyuta bazarına hökumətlər tərəfindən nəzarətin gücləndirilməsi və bazarın tənzimlənməsi xəbərləri olub. Kriptovalyutaların daha 10% ucuzlaşması istisna edilmir(report).