2017-ci ildə Azərbaycanda neft hasilatı azalıb. 2017-ci ildə Azərbaycanda neft hasilatı azalıb.

Bu il Azərbaycanda neft hasilatı azalacaq - OPEC

2017-ci ildə Azərbaycanda neft hasilatı azalıb.

AzNews.az xəbər verir ki, bu barədə APA OPEC-in yanvar ayı üzrə hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd olunub ki, ötən ilin dekabrında ölkədə neft hasilatı sutkalıq 0,01 mln. barel azalaraq orta hesabla 0,79 mln. barel təşkil edib. “Ötən ilin yanvar-sentyabr ayları ərzində Azəri-Çıraq-Günəşlidə (AÇG) hasilat sutkalıq 0,59 mln. barel təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə sutkalıq 50 min barel azdır. Buna baxmayaraq oktyabr və noyabrda hasilat yüksək olub”, - deyə hesabatda bildirilir.

Bundan başqa, hesabatda 2018-ci il üçün neft hasilatı proqnozu da öz əksini tapıb. Sənəddə qeyd olunub ki, bu il Azərbaycanda sutkalıq neft hasilatı 0,04 mln. barel azalaraq 0,76 mln. barel təşkil edəcək.