"Həm geosiyasi cəhətdən, həm də son illərdə ölkədə aparılan iqtisadi islahatlar və yerli layihələr baxımından Azərbaycana böyük maraq var". "Həm geosiyasi cəhətdən, həm də son illərdə ölkədə aparılan iqtisadi islahatlar və yerli layihələr baxımından Azərbaycana böyük maraq var".

DİF-in inklüziv inkişaf indeksində Azərbaycanın 3-cü yeri tutması mühüm hadisədir - Şərh

"Həm geosiyasi cəhətdən, həm də son illərdə ölkədə aparılan iqtisadi islahatlar və yerli layihələr baxımından Azərbaycana böyük maraq var".

Bu sözləri AzNews.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov dedi. O, Dünya İqtisadi Forumunun (DİF) ənənəvi inklüziv inkişaf indeksində Azərbaycanın inkişaf edən ölkələr arasında üçüncü yeri tutmasını mühüm hadisə kimi qiymətləndirdi:

"Hər il Dünya İqtisadi Forumunun (Davos) keçirilməsi Azərbaycan üçün çox önəmli hadisədir. Azərbaycanın dövlət başçısı hər dəfə bu foruma dəvət alır. Son vaxtlar Azərbaycan nəqliyyat mərkəzinə çevrilir. Bakı-Qars Dəmir Yolu artıq istifadəyə verilib. TANAP, TAP layihələrin ilin sonuna istifadəyə verilməlsi gözlənilir. Bu il qeyri-sərhəd iqtisadi zonasının yaradılması ilə bağlı qanun layihəsini qəbul etməyə çalışacağıq. Ümumiyyətlə, həm neft-qaz ehtiyatlarına, həm də beynəlxalq nəqliyyat dəhlizinə görə bu gün dünya ölkələrində Azərbaycana qarşı ciddi maraq var. Nəticədə, reytinq cədvəlinə görə, Azərbaycan Dünya İqtisadi Forumunun ənənəvi inklüziv inkişaf indeksində üçüncü yerə layiq görüldü".

FORUMUN ÖLKƏMİZ ÜÇÜN ƏHƏMİYYƏTİ

Deputat Davos forumunun daha bir önəmli tərəfi kimi ölkə başçıları ilə yanaşı, böyük şirkətlərin rəhbərlərinin də bu tədbirə qatılmasını qeyd etdi:

Fikir vermisiznizsə, Prezident İlham Əliyev hər dəfə Davos Forumu çərçivəsində bir neçə beyləlxalq şirkətlərin rəhbərləri ilə görüşlər keçirir, danışıqlar aparır. Hətta, müəyyən anlaşmalar, müqavilələlər imzalanır. Bu mənada, iqtisadi forumun ölkəmiz üçün əhəmiyyəti çox böyükdür. Çünki hər bir ölkə çalışır ki, xaricdən gəlib onlara investisiya qoysunlar. İnvestisiya hansı ölkələrə yatırılır? Stabil və iqtisadi problemlərin, risklərin olmadığı yerlərə. Azərbaycanın da müstəqillik dövrü ərzində gördüyü işlər, əldə etdiyi nailiyyətlər göz önündədir. Bunu əhali ilə yanaşı, dünya ölkələri də çox yaxşı görürlər. Düzdür, müəyyən problemlərimiz var, bunların hamısını birdən-birə həll etmək mümkün deyil. Amma Prezident İlham Əliyev 2016-cı ildə Strateji Yol Xəritəsini imzalayıb. Artıq bir il keçib və qeyri-neft sektorunda, xüsusən də kənd təsərrüfatında çox mühüm işlər görülür. Azərbaycanda ilk dəfə olaraq, 2017-ci ildə ixrac idxalı üstələdi. Bizim hardasa 6 milyarda yaxın müsbət ticari balansımız əmələ gəldi. Bütün bunların nəticəsidir ki, ilk dəfə olaraq, Azərbaycanın iqtisadi inkişafına Dünya İqtisadi Forumunda yüksək qiymət verildi.

AZƏRBAYCANDA İNKLÜZİV İNKİŞAF GÜCLƏNİR

Milli Məclisin deputatı, iqtisadçı Tahir Mirkişili isə hesab edir ki, hazırda dünyada iqtisadi inkişafın və sosial bərabərsizliyin aradan qaldırılmasının əsas göstəricisi məhz İnklüziv İnkişaf indeksidir. Milli gəlirlərin bölüşdürülməsindəki inklüzivlik bütovlükdə ölkənin dayanıqlı iqtisadi inkişafına və sosial təsisatların güclənməsinə səbəb olur:

"2016-cı ildə qəbul edilmiş Strateji Yol Xəritələrində də əsas hədəflərdən biri kimi Azərbaycanda inklüziv inkişafa nail olunması göstərilir. 2018-ci ilin dövlət büdcəsi xərclərinin 33%-nin sosial xərclərə səfr edilməsi büdcə xərclərnin inklüzivliyinin artrılmasına hesablanmışdır. Eyni zamanda, ölkədə internet infrastrukturunun inkişafı, əhalinin 75%-dən çoxunun internetdən istifadə etməsi, ASAN Xidmət mərkəzlərinin sayının artırılması, mobil ASAN Xidmətin fəaliyyətinin intensivləşməsi, Kiçik və Orta Sahibkarlar üçün çoxsaylı proqramların qəbul edilməsi, 2000-dən çox ailə təsərrüfatlarının yaradılması kimi tədbirlər də Azərbaycanda inklüziv inkişafı gücləndirmişdir. Bütün bunların nəticəsi kimi Dünya İqtisadi Forumununun İnklüziv İnkişaf İndeksində Azərbaycanın inkişaf etməkdə olan ölkələr arasında 3 -cü yer tutması böyük uğurdur.

Qeyd edək ki, Azərbaycan 2018-ci ildə Dünya İqtisadi Forumunun (DİF) ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yeri tutub. Ümumi daxili məhsulun alternativi kimi işlənib hazırlanmış inklüziv inkişaf indeksi insanların öz ölkələrində iqtisadi tərəqqini qiymətləndirdikləri meyarları daha dəqiq əks etdirir.

Builki hesabatda Azərbaycan yalnız Litva və Macarıstandan geri qalaraq, yeddi mümkün baldan 4,69 bal alıb. İnkişaf etmiş ölkələrin indeksində Norveç, İslandiya və Lüksemburq liderlik edirlər.

Elgün MƏNSİMOV
AzNews.az