İran və Azərbaycan tərəfi Rəşt-Astara dəmir yolu layihəsini birgə maliyyələşdirmək üçün müqaviləni gələn ay imzalayacaq. İran və Azərbaycan tərəfi Rəşt-Astara dəmir yolu layihəsini birgə maliyyələşdirmək üçün müqaviləni gələn ay imzalayacaq.

Bu dəmir yolu üzrə ilk qatar hərəkət edəcək

İran və Azərbaycan tərəfi Rəşt-Astara dəmir yolu layihəsini birgə maliyyələşdirmək üçün müqaviləni gələn ay imzalayacaq.

AzNews.az xəbər verir ki, bunu İranın Dəmir Yolları İdarəsinin nəqliyyat, proqramlaşdırma və iqtisadi məsələlər üzrə rəis müavini Nurullah Biravənd APA-nın Tehran bürosuna eksklüziv açıqlamasında deyib.

N.Biravənd deyib ki, Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu layihəsinin maliyyələşdirilməsi haqqında razılıq əldə olunub və bu layihənin maliyyələşdirilməsinə dair sənəd fevral ayında imzalanacaq. “Bu müqavilə orta müddətli fəaliyyət planlaşdırmasını əhatə edəcək. Azərbaycan Respublikası bu layihəni maliyyələşdirəcək və əlbəttə Rəşt-Astara layihəsinin sonrakı xərcləri İranın üzərindədir”.

N.Biranvənd deyib ki, Rəşt- Astara dəmir yolu layihəsi Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşməsi və eləcə də Cənub-Qərb nəqliyyat dəhlizi üçün önəmlidir. “Müqavilə imzalandıqdan sonra tender keçiriləcək və ticari müqavilə imzalanacaq. 2-3 ay sonra isə layihənin icrasına başlanacaq”.

O, Astara-Astara dəmir yolu layihəsi ilə bağlı da məlumat verib: "Astara-Astara layihəsi ayrıca bir layihədir ki, bu layihə üçün də maliyyələşdirmə və icra müstəqil şəkildə davam etdirilir. Astara-Astara layihəsində Azərbaycan Astara stansiyasına birbaşa investisiya yatırıb və bütün məsuliyyət də Azərbaycan tərəfinin üzərindədir”.

N.Biravənd əlavə edib ki, İran Astara-Astara layihəsi çərçivəsində 15 il müddətinə istifadə icazəsini Azərbaycan tərəfinə verib: "Azərbaycan tərəfi İranın dəmir yolu yük daşımaları şəbəkəsi ilə il ərzində 2 milyon ton yükü həyata keçirməklə bağlı öhdəlik götürüb. Astara-Astara dəmir yolu xətti açılış üçün hazırdır. İndi Azərbaycan tərəfinin koordinasiya işlərinin yekunlaşdırmasını gözləyirik. Düşünürəm ki, yaxın 2-3 həftə ərzində bu dəmir yolu üzrə ilk qatar hərəkət edəcək".