Bu il siyahıya 210 nəfər əlavə olunub Bu il siyahıya 210 nəfər əlavə olunub

Dünyanın ən varlı adamları - Siyahı

Bu il siyahıya 210 nəfər əlavə olunub






"Forbes" jurnalı dünyanın ən varlı adamlarının növbəti reytinqini dərc edib.

2013-cü ildə dünyanın ən varlı adamı adını yenə də meksikalı telekommunikasiya maqnatı Karlos Slim özündə saxlayır. Onun var-dövləti 73 milyard dollar təşkil edir. Onun ardınca reytinqdə "Microsoft"un qurucusu Bill Geytsin adı gəlir (67 milyard dollar). Üçüncü yerdə ispaniyalı biznesmen "Inditex" biznes-qrupunun qurucusu və keçmiş prezidenti Amansio Orteqadır (57 milyard).

Jurnalın versiyasına görə, dünya milyarderlərinin ilk yüzlüyündə IT sahəsinin xeyli nümayəndəsi var. Onlarına sırasında "Oracle"ın baş direktoru Larri Ellisonu (5-ci yer, 43 milyard dollar), "Amazon.com" un baş direktoru Ceff Bezos (19-cu yer, 25 milyard 200 milyon), "Google"un qurucuları Larri Peyc (20-ci yer, 23 milyard) və Sergey Brin (21-ci yer, 22 milyard 800 milyon), "Facebook"un qurucusu Mark Tsukerberq (66-cı yer, 13 milyard 300 milyon) və başqaları var.

"Forbes"in reytinqinə daxil olan varlıları ümumi kapitalı 2013-cü ildə 5 trilyon 400 milyard dollar təşkil edib. Keçən il bu rəqəm 4 trilyon 600 milyard dollar idi. Bu il siyahıya 210 nəfər əlavə olunub. İndi siyahıda 1426 nəfər var.

Ən çox milyarder ABŞ-dadır – 442 nəfər. İkinci yerdə Asiya (386), üçüncü yerdə isə Avropadır (366 nəfər). /apa/