Yanvarda Azərbaycanın xarici ticarət əməliyyatlarından 350 mln. dollar müsbət saldo əldə edib. Yanvarda Azərbaycanın xarici ticarət əməliyyatlarından 350 mln. dollar müsbət saldo əldə edib.

Xarici ticarət əməliyyatlarından 350 mln. dollar müsbət saldo əldə edilib

Yanvarda Azərbaycanın xarici ticarət əməliyyatlarından 350 mln. dollar müsbət saldo əldə edib.

Bu ilin yanvar ayı ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 1 mlrd. 727 mln. 332,84 min ABŞ dolları təşkil edib.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 472 mln. 652,58 dollar və ya 37,67% çoxdur.

Ötən ay ərzində idxal əməliyyatları 688 mln. 625,61 min dollar olub ki, bu da 2017-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 238 mln. 573,34 min dollar və ya 53,01% çoxdur.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 1 mlrd. 038 mln. 707,23 min dollar olub ki, bu da 2017-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 234 mln. 79,24 min dollar və ya 29,09% çoxdur.

Nəticədə 350 mln. 81,62 dollar məbləğində müsbət saldo yaranıb.