Ötən il sitrus meyvələrinin idxalına 16,9 milyon dollar vəsait xərclənib. Ötən il sitrus meyvələrinin idxalına 16,9 milyon dollar vəsait xərclənib.

Sitrus meyvələrinin idxalına xərclənən vəsaitin həcmi açıqlandı

Ötən il sitrus meyvələrinin idxalına 16,9 milyon dollar vəsait xərclənib.

"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Nazirin sözlərinə görə, bu sahənin inkişafına fikir verilməlidir və bununla bağlı Azərbaycan prezidenti də sərəncam imzalayıb.

"Bizim ölkə ərazisində yetişdirilən sitrus meyvələri keyfiyyətinə görə daha orqanikdir. Sitrus bağlarının salınması ilə yanaşı nar bağlarının sayını da artırlmalıyıq. Bundan başqa, bağ maşınları gətirilməlidir. Etiraf edirəm ki, bu texnikalardan az gətirməşik. Amma bu ildən kiçik ölçülü bağ maşınları gətirilməsinə başlanılacaq. Bununla bağlı bölgələrdə sakinlərlə də danışmaq lazımdır ki, insanlar hansı növ maşınlar istəyir. Bu il bağ maşınlarının gətirilməsini təmin edəcəyik", - deyə nazir vurğulayıb.