Dünya birjalarında neft bahalaşıb. Dünya birjalarında neft bahalaşıb.

Neft bahalaşdı

Dünya birjalarında neft bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,78 dollar və ya 1,24% bahalaşaraq 63,55 dollar təşkil olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,92 dollar və ya 1,39% artaraq 67,31 dollar təşkil edib.

AzNews.az