Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Gürcüstana İpək yolu layihəsi çərçivəsində mənfəət əldə etməkdə geniş imkanlar açacaq. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Gürcüstana İpək yolu layihəsi çərçivəsində mənfəət əldə etməkdə geniş imkanlar açacaq.

“Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsrin 100 ən böyük layihəsindən biridir” - Mamuka Baxtadze

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Gürcüstana İpək yolu layihəsi çərçivəsində mənfəət əldə etməkdə geniş imkanlar açacaq.

AzNews.az Report-a istinadən xəbər verir ki, bunu qonşu ölkənin maliyyə naziri Mamuka Baxtadze bu gün keçirilmiş “Rəqəmsal Böyük İpək yolu” layihəsinin təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, BTQ üzrə yüklər test rejimində daşınır, 6 aydan sonra yük daşınması tam həcmdə həyata keçiriləcək. BTQ tam gücü ilə işü düşdükdən sonra isə sərnişin daşınmasına başlanılacaq.

M.Baxtadze Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri nəticəsində reallaşan BTQ-nin beynəlxalq əhəmiyyətindən danışıb, bu layihənin Asiya ilə Avropanı birləşdirəcəyini, onun xalqların rifah halının daha da yaxşılaşacağına xidmət etdiyini bildirib. O, BTQ-ni əsrin 100 ən böyük layihəsindən biri adlandırıb.