"Azərbaycanla birgə Cənub Qaz Dəhlizinin bel sütununun təşkil edən Trans-Anadolu qaz boru kəmərini (TANAP) bu il istifadəyə verəcəyik". "Azərbaycanla birgə Cənub Qaz Dəhlizinin bel sütununun təşkil edən Trans-Anadolu qaz boru kəmərini (TANAP) bu il istifadəyə verəcəyik".

TANAP-ı bu il istifadəyə verəcəyik - Binəli Yıldırım

"Azərbaycanla birgə Cənub Qaz Dəhlizinin bel sütununun təşkil edən Trans-Anadolu qaz boru kəmərini (TANAP) bu il istifadəyə verəcəyik".

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

B. Yıldırım Cənub Qaz Dəhlizinin növbəti mərhələsinin Trans-Adriatik qaz kəməri (TAP) olduğunu qeyd edib: "Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir. Bu kəmərlə Azərbaycan qazı ilə bərabər gələcəkdə Türkmənistan qazının da nəqli istiqamətində səylərimizi davam etdiririk".

AzNews.az