Bolqarıstanın Şərab Mütəxəssisləri Birliyinin üzvləri, bu ölkənin şərab və spirtli içkilər sahəsində ixtisaslaşmış iş adamları və mütəxəssislərindən ibarət 31 nəfərlik qrup ölkəmizə səfər edib. Bolqarıstanın Şərab Mütəxəssisləri Birliyinin üzvləri, bu ölkənin şərab və spirtli içkilər sahəsində ixtisaslaşmış iş adamları və mütəxəssislərindən ibarət 31 nəfərlik qrup ölkəmizə səfər edib.

Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq genişləndirilir - Şərabçılıq sahəsində (Fotolar)

Bolqarıstanın Şərab Mütəxəssisləri Birliyinin üzvləri, bu ölkənin şərab və spirtli içkilər sahəsində ixtisaslaşmış iş adamları və mütəxəssislərindən ibarət 31 nəfərlik qrup ölkəmizə səfər edib.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Bolqarıstandakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyinin, Şərab Mütəxəssisləri Birliyinin dəstəyi və “helloAzerbaijan” şirkətinin təşkilatçılığı ilə baş tutmuş bu səfər zamanı qrup 8 gün ərzində Bakı, Abşeron, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Gəncə, Tovuz, Göygöl, Şəmkir və Ağsu şəhərlərin olub, “Tovuz Baltiya” LTD, “Gəncə Şərab-2”, “Aqro-Azərinvest” MMC və “İsmayilli Sharab-2” ASC şirkətləri daxil olmaqla 8 spirtli içki və şərab istehsal edən zavod və onlara məxsus üzüm sahələrinə baş çəkib, həmin zavodların müxtəlif məhsullarını dequstasiya ediblər.

Azərbaycan ilə Bolqarıstan arasında şərabçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə həyata keçirilən səfər zamanı, həmçinin Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat-İnstitutunda görüş keçirilib. İnstitutun direktoru Tariyel Pənahov ölkəmizin şərabçılıq ənənələri, potensialı, əməkdaşlıq imkanları və beynəlxalq müsabiqələrdə iştirak barədə ətraflı məlumat verib, Azərbaycanın yerli üzüm sortlarından hazırlanmış şərabların dequstasiyası təşkil edilib.

Tovuzda olan qrup üzvlərinə rayonun şərabçılıq potensialı, buraya yatırılan investisiyalar, yaradılmaqda olan turizm marşrutu və bu marşruta şərabçılıq turunun salınması barədə məlumat verilib. Qonaqlar “Tovuz Baltiya” LTD şirkətinin zavodunda olub, burada istehsal edilən məhsulların dequstasiyasını keçiriblər. Zavodun direktoru Naiq Məmmədhəsənov Azərbaycanın şərab istehsalında malik olduğu müxtəliflik barədə danışıb, Bolqarıstan üçün səciyyəvi olmayan nar, heyva, alma, qarpız, tut və digər meyvələrdən və giləmeyvələrdən hazırlanan şərablara və spirtli içkilərə diqqət çəkib. Qonaqlar rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovla da görüşüblər.

Bolqar mütəxəssislər səfər çərçivəsində Bakıda və regionlarda Azərbaycanın görməli yerləri və tarixi abidələrini ziyarət edib, ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri və mətbəxi ilə yaxından tanış olublar. Ölkəmizin multikulturalizm mərkəzi olduğunu nümayiş etdirmək üçün qrup iştirakçılarının İsmayıllı rayonunda yerləşən və molokanların sıx məskunlaşdığı İvanovka kəndinə də səyahəti təşkil edilib, Gəncə və Şəmkir şəhərlərində 200 il öncə salınmış alman məskənləri ilə tanışlıq həyata keçirilib.

“Azərbaycana heyran qaldıq. Gözəlliyi, insanların qonaqpərvərliyi, göstərilən yüksək səviyyəli xidmət fonunda bu ölkə həm də zəngin tarixə və çoxşaxəli şərabçılıq ənənələrinə malikdir. Dequstasiya etdiyimiz içkilər sırasında dünyanın tanınmış brendləri ilə rəqabət edə biləcək içkilər az deyildi, eyni zamanda, Azərbaycan şərabçılığının özünəməxsusluğu qorunub saxlanılıb. Yerli sortlar sırasında mədrəsə üzüm növündən hazırlanmış şərab, alma və heyva araqları və Azərbaycan konyakları unudulmaz yeni təcrübə idi”, - deyə qrupun üzvü, bolqarıstanlı somelye Gergana Tsareva bildirib.

Bu səfər Azərbaycanın şərabçılıq sahəsində mövcud təcrübəsinin, ənənə və nailiyyətlərinin Bolqarıstanda tanıdılması, ölkəmizə Bolqarıstandan ixtisaslaşmış şərabçılıq turizmi sahəsində turistlərin cəlb edilməsi və iki ölkə arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description