"Brent" markalı neftin bir barelinin qiyməti 27 noyabr 2014-cü il tarixindən bu yana ilk dəfə olaraq 75 dolları ötüb. "Brent" markalı neftin bir barelinin qiyməti 27 noyabr 2014-cü il tarixindən bu yana ilk dəfə olaraq 75 dolları ötüb.

"Brent" neftinin qiyməti son 4 ildə ilk dəfə 75 dolları ötdü

"Brent" markalı neftin bir barelinin qiyməti 27 noyabr 2014-cü il tarixindən bu yana ilk dəfə olaraq 75 dolları ötüb.

AzNews.az xəbər verir ki, bu barədə bazar ertəsi keçirilən hərracların nəticələri deməyə əsas verir.

Qeyd edək ki, CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 74,99 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,16 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 74,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,21 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 69,84 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,21 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 73,90 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,13 dollar/barel azdır.