Bu ilin I rübü ərzində qiymətli kağızlar bazarında 6,2 mlrd. manat həcmində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Bu ilin I rübü ərzində qiymətli kağızlar bazarında 6,2 mlrd. manat həcmində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

I rübdə qiymətli kağızlar bazarında aparılan əməliyyatların dəyəri? - Milyardlıq əməliyyatlar

Bu ilin I rübü ərzində qiymətli kağızlar bazarında 6,2 mlrd. manat həcmində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

AzNews.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, əməliyyatların 48%-i (3 mlrd. manat) ilkin bazarda, 52%-i (3.2 mlrd. manat) isə təkrar həyata keçirilib.

Törəmə maliyyə alətləri üzrə 2,6 mlrd. manat həcmində əməliyyat baş tutub ki, onun da 90%-i (2,3 mlrd. manat) valyuta əsaslı fərq müqavilələrin payına düşür.

2018-ci ilin I rübü ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 79 dəfə daha çox repo əməliyyatları aparılıb. Hesabat dövrü ərzində həyata keçirilmiş repo əməliyyatlarının həcmi 215 mln. manat (56%-i və ya 120 mln. manat Mərkəzi Bankın notları ilə) olub.

Hesabat dövründə ümumilikdə 4.1 mlrd. manat həcmində (36 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.