Cəlilabadda istixana şəraitində yetişən kartofun yığımına başlanıb. Cəlilabadda istixana şəraitində yetişən kartofun yığımına başlanıb.

Cəlilabadda kartof yığımı başlanıb - Qiymət Bakı bazarlarından 2-3 dəfə ucuzdur (Video)

Cəlilabadda istixana şəraitində yetişən kartofun yığımına başlanıb.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, ilk vaxtlar qiymətlər yaxşı olsa da son günlərdə məhsulun sürətlə ucuzlaşması kəndliləri narahat edib. Onların sözlərinə görə, məhsuldarlıq ötən illə müqayisədə xeyli yüksək olsa da qiymətlər müəyyən işbazlar tərəfindən süni şəkildə aşağı salınır.

Məhsulun ixracını həyata keçirən həmin şəxslər hər kənddə məhsulun çox və az olmasına görə fərqli qiymətə qəbul edirlər. Ən aşagı qiymət isə kartofun daha çox əkildiyi Maşlıq kəndində müşhidə olunur. Bu kənddə bir kq kartof 50 qəpiyə alınır.

Kəndlilərin sözlərinə görə, qiymətin aşağa düşməsi Rusiyada kartofun qiymətlərin ucuz olması ilə əlaqələndirilsə də, bu, əslində belə deyil. Məlum olub ki, kəndlilərdən ucuz qiymətə alınan kartof xarici bazarda buradakından azı 2 dəfə baha qiymətə satılır.

Cəlilabad rayonunda təkcə son 4-5 gün ərzində kartofun qiyməti 30-40 qəpiyə kimi aşağa düşüb.Torpaq sahibləri gələn aydan açıq sahələrdə məhsul yığımının başlaması ilə kartofun qiymətinin tamamilə dəyərsiləşəcəyindən narahatdırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: