Bolqarıstanın energetika naziri Temenujka Petkova iyun ayında Azərbaycana səfər edəcək. Bolqarıstanın energetika naziri Temenujka Petkova iyun ayında Azərbaycana səfər edəcək.

Daha bir nazir Azərbaycana gəlir

Bolqarıstanın energetika naziri Temenujka Petkova iyun ayında Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə Bolqarıstanın Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Məlumata əsasən, nazir “Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Asiyada enerji təhlükəsizliyi” beynəlxalq konfransında iştirak edəcək.

Konfrans iştirakçıları Cənub-Şərqi Avropanın və Balkan regionunun enerji təhlükəsizliyini, Azərbaycanın Avropaya qaz tədarükü marşrutlarının diversifikasiyasında rolu, Avropa enerji ittifaqının inkişafı, Bolqarıstanın Avropanın enerji təhlükəsizliyində və “Cənub Qaz Dəhlizi” layihəsində reallaşdırılmasında rolu və digər məsələləri müzakirə edəcəklər.

AzNews.az