İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə toplanan sığorta haqlarının və ödənişlərin məbləği açıqlanıb. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə toplanan sığorta haqlarının və ödənişlərin məbləği açıqlanıb.

İstehsalatda bədbəxt hadisələrə görə 1,4 milyon manat sığorta ödənişi verildi

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə toplanan sığorta haqlarının və ödənişlərin məbləği açıqlanıb.

“APA-Economics” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel ayları ərzində bu sinif üzrə sığorta daxil olmaları 15 mln. 884,6 min manat təşkil edib. Bu, mart ayındakı göstəricidən 7 mln. 476,6 min manat və ya 88,92% çoxdur.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlərə gəlincə, bu ilin 4 ayında bu rəqəm 1 mln. 357,7 min manat olub ki, bu da bir ay əvvəlki göstəricidən 111,7 min manat və ya 8,96% çoxdur.

Ümumilikdə yanvar-aprel aylarında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlər sığorta haqlarının cəmi 8,55%-ni təşkil edib.

AzNews.az