“Mərkəzi Bank yeni 200 manatlıq pul əskinaslarını dövriyyəyə buraxacaq”. “Mərkəzi Bank yeni 200 manatlıq pul əskinaslarını dövriyyəyə buraxacaq”.

“Alıcılıq qabiliyyətinin azalmasına səbəb olacaq” - 200 manatla bağlı ekspert rəyi

“Mərkəzi Bank yeni 200 manatlıq pul əskinaslarını dövriyyəyə buraxacaq”.

Bunu AzNews.az-a açıqlamasında iqtisadi ekspert Vüqar Bayramov 200 manatlıq əskinasların dövriyəyə buraxılmasını şərh edərkən deyib. O, iri nominallı əskinasın dövriyyə buraxılmasının müsbət və mənfi tərəflərini açıqlayıb:

“Rəsmi açıqlamalara görə, yeni əskinaslar tədavül prosesinin asanlaşmasına və yığımların optimallaşdırılmasına səbəb olacaq. Bunlarla yanaşı, iri nominallı əskinasın dövriyyəyə buraxılmasının bir sıra çatışmamazlıqları var. Aydındır ki, ölkəmiz bu məsələdə 500 avro əskinası olan Avrozona ilə müqayisə oluna bilməz. Çünki Avropa Birliyində orta aylıq əməkhaqqı bizimlə müqayəsədə xeyili yüksəkdir və dünyada yığımların 24 faizə yaxını məhz avro ilə aparılır. Dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ-da dövriyyədə olan ən yüksək əskinas 100 dollardır. Birləşmiş Ştatlarda xüsusi hesablaşmalar üçün 1000 dollarlıq əskinaslardan istifadə edilir, amma onlar ümumi dövriyyəyə buraxılmır. Dünyada valyuta ehtiyatlarının 67 faizinin ABŞ valyutası ilə saxlanmasına baxmayaraq, Federal Ehtiyatlar Sistemi əskinasların üzərində rəqəmləri artırmağa tələsmir”.

Vüqar Bayramov qeyd edib ki, Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılmasının prioritet olduğu zamanda iri əskinasların dövriyyəyə buraxılması nağdlı hesablaşmaların artmasına səbəb olacaq: “Bu addım pulun alıcılıq qabiliyyətinin azalmasına səbəb ola bilər. Dövriyyədə yüksək nominallı əskinasların olması həm psixoloji, həm də iqtisadi baxımdan istehlak bazarına neqativ təsir göstərir. Bu baxımdan, iri nominallı əskinaslar inflyasiya yaradıcı faktorları gücləndirəcək. Digər tərəfdən, hazırda nağd hesablaşmalarda iri deyil, xırda əskinasların azlığı daha çox müşahidə edilir. Bu baxımdan, Mərkəzi Bankın xırda nominallı əskinasların sayını artırması daha məqsədəuyğun olardı”.

Bahar RÜSTƏMLİ
AzNews.az