“200 manatlıq əskinaslar və xatirə medallarının dövriyyəyə buraxılması Azərbaycan cümhuriyyətinin 100 illiyi və Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqadardır”. “200 manatlıq əskinaslar və xatirə medallarının dövriyyəyə buraxılması Azərbaycan cümhuriyyətinin 100 illiyi və Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqadardır”.

“Heç bir devalvasiyadan söhbət gedə bilməz” - Vahid Əhmədov

“200 manatlıq əskinaslar və xatirə medallarının dövriyyəyə buraxılması Azərbaycan cümhuriyyətinin 100 illiyi və Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqadardır”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat, bəzi ekspertlərin 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasının devalvasiya gözləntisi ilə əlaqəli olduğu barədə fikirləri ilə qətiyyən razılaşmadığını deyib:

“Hesab edirəm ki, neftin qiymətinin yüksək olduğu bir şəraitdə heç bir devalvasiyadan söhbət belə gedə bilməz. Düzdür, iqtisadçılar başqa əskinasların, məsələn, 25 manatlıq və daha kiçik əskinasların dövriyyəyə buraxılmalı olduğunu deyirlər. Lakin gələcəkdə hansı əskinasların buraxılıb buraxılmayacağı dövlətin işidir. Mərkəzi Bank istədiyi vaxt istədiyi əskinası dövriyyəyə buraxıb, hətta lazım gələndə də onu dövriyyədən çıxara bilər”.

Bahar RÜSTƏMLİ
AzNews.az