2018-ci ilin mayın 1-də Dövlət Neft Fondunun gəlirləri bütün fəaliyyəti dövründə 141,5 milyard dollar təşkil edib. 2018-ci ilin mayın 1-də Dövlət Neft Fondunun gəlirləri bütün fəaliyyəti dövründə 141,5 milyard dollar təşkil edib.

Neft Fondu fəaliyyəti dövründən bəri gəlirlərini açıqladı

2018-ci ilin mayın 1-də Dövlət Neft Fondunun gəlirləri bütün fəaliyyəti dövründə 141,5 milyard dollar təşkil edib.

Bu barədə Trend-ə Fonddan məlumat verilib.

Qeyd edək ki, SOFAZ-ın gəlirləri neft və qaz satışından əldə olunaraq investisiya fəaliyyəti üçün əsas sayılır.

Məlumatda qeyd edilir ki, Fondun aktivlərinin idarə edilməsi üzrə gəlirlər mayın 1-ə olan məlumata görə, 5,4 milyard dollar təşkil edib. Neft və qaz satışından daxil olan gəlirlər isə 136,1 milyard dollara çatıb.

Fondun ümumi xərcləri isə 103,7 milyard dollardır.

Bu ilin aprelində SOFAZ-ın aktivləri 5,1 faiz artaraq ötən ilin müvafiq dövrü ilə müqaisədə 37,631 milyard dollar təşkil edib. Halbuki ötən il bu rəqəm 35,806 milyard dollar olub.

Qeyd edək ki, SOFAZ 1999-cu ildə yaradılıb. O vaxt Fondun aktivləri 271 milyon dollar təşkil edirdi.

AzNews.az