- Köhnə - İqtisadiyyat
- 13 İyun 2018 19:07
- 4 858
"Azərbaycan Dəmir Yolları”nın nizamnamə kapitalına 100 mln. yönəldiləcək?
“Azərbaycan Dəmir Yolları” QSC-nin nizamnamə kapitalı artırılır.
AzNews.az APA-ya istinadən xəbər verir ki, bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Məlumata görə, Şərq-Qərb dəmir yolu dəhlizinin Bakı-Böyük Kəsik xəttində rabitə-işarəvermə sisteminin yenidən qurulması ilə bağlı QSC-nin nizamnamə kapitalının artırılması üçün 100 mln. manat vəsait yönəldiləcək.
Bununla da “Azərbaycan Dəmir Yolları”nın nizamnamə kapitalı 12,4% artırılaraq 906 mln. 61 min 960 manata çatdırılacaq.