Azərbaycan Mərkəzi Bankı həcmi 300 milyon manat olan notları hərraca çıxarır. Azərbaycan Mərkəzi Bankı həcmi 300 milyon manat olan notları hərraca çıxarır.

Mərkəzi Bankdan 300 milyonluq hərrac

Azərbaycan Mərkəzi Bankı həcmi 300 milyon manat olan notları hərraca çıxarır.

BFB-dən AzNews.az-a verilən məlumata görə, İyunun 20-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının həcmi 300 milyon manat olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Hərraca çıxarılan 3 milyona yaxın notların hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar 2018-ci il iyulun 28-də ödəniləcək.

Qısamüddətli notlar pul kütləsinin dövriyyəsi üçün maliyyə-kredit siyasətinin əsas aləti sayılır. Notları ancaq banklar ala bilər.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq olmamalıdır - 1 rəqabətli və 1 qeyri-rəqabətli.

Qeyd edək ki, 2018-ci il iyunun 15-ə olan məlumata əsasən, USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.