Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqləyib. Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqləyib.

Rusiya Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqlədi

Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə məlumat Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilib.

Sənədi iyunun 21-də Rusiya baş naziri Dimitri Medvedev imzalayıb.

Qərarda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanla razılaşdırılmış Konvensiya layihəsinin bəyənildiyi qeyd edilir.

Qərarda o da bildirilir ki, Konvensiya imzalanmaq üçün Rusiya prezidentinə təqdim edilsin.

AzNews.az