Bakıda Regional Enerji Təhlükəsizliyi üzrə Simpozium işinə başlayıb. Bakıda Regional Enerji Təhlükəsizliyi üzrə Simpozium işinə başlayıb.

Bakıda Regional Enerji Təhlükəsizliyi üzrə Simpozium keçirilir

Bakıda Regional Enerji Təhlükəsizliyi üzrə Simpozium işinə başlayıb.

APA-nın xəbərinə görə, Azərbaycan və Gürcüstanın enerji məsələləri üzrə cavabdeh olan hökumət, qeyri-hökumət və biznes strukturlarının 40 nəfər nümayəndəsinin iştirakı ilə keçirilən bu bir həftəlik akademik proqramda enerji təhlükəsizliyinin müasir dünyada geosiyasi və iqtisadi əhəmiyyəti, mümkün təhdidlər, risklər və böhran ehtimalları, onlara cavab addımlar, enerji təhlükəsizliyi siyasətinin yaradılması əsasları kimi mövzular diqqətdə saxlanılacaq.


Simpoziumun açılışında çıxış edən ADA universitetinin prorektoru Fariz İsmayılzadə proqramın əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzulayıb.


ABŞ Hərbi Donanma Qüvvələri Ali Məktəbinin tədqiqatçısı Alan Hovard da çıxışında proqramın enerji təhlükəsizliyi vacib əhəmiyyətini qeyd edib.


NATO Enerji Təhlükəsizliyi Mərkəzinin Tədqiqat şöbəsinin müdiri Reyner Zimmerman simpoziumun missiyasının NATO, millətlər, əməkdaşlar və digər üzvlərə enerji təhlükəsizliyinin hər sahəsi üzrə hərtərəfli və vaxtında ekspertiza vasitəsilə kömək etmək olduğunu deyib.

ABŞ-ın Corctaun Universitetinin müəllimi Brenda Şaffer çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını deyib: "Azərbaycanın neft-qaz resursları sahəsində güclü dövlət olmasından, inkişaf etmiş iqtisadiyyatı və siyasi gücü haqqında artıq hər kəs məlumatlıdır. Hazırda Azərbaycanda artan enerji infrastrukturu, yüksələn hədəflər var. Lakin bununla belə terrorçulardan, kiber hücumlardan gələn təhlükələrin, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyənin infrastrukturlarına yönələn təhlükələrin qarşısını almaqda enerji mənbələrinin yalnız müsbət faydaları var. Bu simpozium çərçivəsində keçiriləcək təlimlərdə təhlükələrin Azərbaycan, Gürcüstan və Türkiyənin infrastrukturuna neqativ təsirinin qarşısını almaq barədə müzakirələr aparılacaq. Həmçinin enerjinin daha yüksək və faydalı olması yollarını axtaracağıq".

Qeyd edək ki, simpozium çərçivəsində iştirakçılar üçün interaktiv məşğələlər təşkil ediləcək. Dərslərdə ABŞ Hərbi Donanma Qüvvələri Ali Məktəbinin, ABŞ-ın Corctaun Universitetinin tədqiqatçıları ilə yanaşı, NATO Enerji Təhlükəsizliyi Mərkəzinin Tədqiqat şöbəsinin nümayəndələri də çıxış edəcək. Enerji Təhlükəsizliyi ilə bağlı bölgədəki hazırkı vəziyyət barədə fikirlərini həmçinin xarici işlər naziri Elmar Məmmədyarov, energetika naziri Pərviz Şahbazov, SOCAR və BP-nin yüksək səviyyəli nümayəndələri bölüşəcəklər.

image description image description