- Köhnə - İqtisadiyyat
- 17 İyul 2018 12:49
- 3 578
Açıq məkanda reklam yayımının qiyməti Tarif Şurası tərəfindən tənzimlənəcək
Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) sayı artırılıb.
AzNews.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, açıq məkanda reklam yayımının qiyməti dövlət, yəni Tarif Şurası tərəfindən tənzimlənəcək.