09:02
(077) 610-22-33

“Zərərçəkənlərə 30 milyon manat geri qaytarılıb” - Kamran Əliyev

  • >
240 10 Avqust 13:10 | İqtisadiyyat

Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır.

Tədbiri giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev ölkədə şəhərsalma fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti və qayğısı ilə əhatə olunan sahələrdən olduğunu vurğulayaraq, son illər ərzində respublikanın bütün regionalarında, xüsusilə Bakı şəhərində həyata keçirilmiş irimiqyaslı infrastruktur layihələri, tikinti, quruculuq və abadlıq işləri nəticəsində ölkə şəhərlərinin günü-gündən gözəlləşdiyini bildirib.

İki qurum arasında imzalanan Əməkdaşlıq Memorandumun əhəmiyyətinə toxunan Samir Nuriyev təşkil olunacaq sıx əməkdaşlıq nəticəsində şəhərsalma nəzarəti və qanunsuz tikintilərlə mübarizə sahəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş tapşırıqların icrasına ciddi töhfə verəcəyini vurğuladı. Sözügedən əməkdaşlıq çərçivəsində təşkil olunacaq birgə fəaliyyət ölkə ərzaisində şəhərsalma, tikinti və memarlıq sahələrində müvafiq qanunvericilik bazasının təkmilləşməsinə, habelə bu istiqamətdə bəzi vəzifəli, hüquqi və fiziki şəxslər tərfindən qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınmasına yönələcək.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan iqtisadi və institusional istehsalatının şəffaflığın və hesabatlılığın təmin edilməsi, korrupsiya hallarının qarşısının alınmasında əhəmiyyətini qeyd edərək, korrupsiyaya mübarizə qurumlar arası əməkdaşlığın əhəmiyyətini vurğulamış, hazırki sənədin imzalanmasının hər tərəflər arasında korrupsiyaya qarşı birgə mübarizənin aparılması, həm də digər fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq kontekstində mühüm rola malik olduğunu bildirib.

Kamran Əliyev həm də bildirib ki, hal hazırda bir evin 3-4 şəxsə satılması ilə bağlı 16 işə baxılır. Bu məsələ ilə bağlı 20 nəfər cinəyət məsuliyyətinə cəlb olunub. Zərərçəkənlərə 40 milyon manat zərər vurulub. Artıq 30 milyon manat zərərçəkənlərə geri qaytarılıb.

Nigar CƏFƏR
AzNews.az

Bağla X