Bu günlərdə Kənd təsərrüfatı naziri İnam Kərimov Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb. Görüşə assosiasiyanın rəhbərləri, “Az-Granata”, “Aznar”, “Gilan Agriculture”, “Azərsun”, “Red Valley”, “Aqrobiznes Qrup” şirkətlərinin, Sabirabad konserv zavodunun, “Araz konservləşdirilmiş şirələr və konyak” zavodunun, “Fidan”, “Antim”, “Ələddin Fermer” məhdud məsuliyyətli cəmiyyətlərin təmsilçiləri, fermer və aqronomlar qatılıblar. Bu günlərdə Kənd təsərrüfatı naziri İnam Kərimov Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb. Görüşə assosiasiyanın rəhbərləri, “Az-Granata”, “Aznar”, “Gilan Agriculture”, “Azərsun”, “Red Valley”, “Aqrobiznes Qrup” şirkətlərinin, Sabirabad konserv zavodunun, “Araz konservləşdirilmiş şirələr və konyak” zavodunun, “Fidan”, “Antim”, “Ələddin Fermer” məhdud məsuliyyətli cəmiyyətlərin təmsilçiləri, fermer və aqronomlar qatılıblar.

Məşhur şirkətin icraçı direktoru nazirlə görüşdən danışdı - Eksklüziv müsahibə

Bu günlərdə Kənd təsərrüfatı naziri İnam Kərimov Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb. Görüşə assosiasiyanın rəhbərləri, “Az-Granata”, “Aznar”, “Gilan Agriculture”, “Azərsun”, “Red Valley”, “Aqrobiznes Qrup” şirkətlərinin, Sabirabad konserv zavodunun, “Araz konservləşdirilmiş şirələr və konyak” zavodunun, “Fidan”, “Antim”, “Ələddin Fermer” məhdud məsuliyyətli cəmiyyətlərin təmsilçiləri, fermer və aqronomlar qatılıblar.

Toplantıda iştirak edən “Az-Granata” MMC-nin İcraçı direktoru Rövşən Fərhadov görüş barədə təəssüratlarını AzNews.az-ın əməkdaşına verdiyi eksklüziv müsahibədə bölüşüb.

Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanın nar istehsalçıları ilə iclas keçirdi. Həmin iclasda siz də iştirak edirdiniz. Bu iclas haqqında fikirlərinizi bölüşə bilərsinizmi?

- Görüşdə nar istehsalında olan problemlər, fərqli nar çeşidlərinin yetişdirilməsi haqqında müzakirələr aparıldı. İstehsalçıların digər problemləri dinlənildi. Mən bu görüşü çox müsbət qiymətləndirirəm. Təəssüratlarım son dərəcə pozitivdir. Toplantıda müzakirə olunan məsələlərin detallarını mənim tərəfimdən açıqlanması hesab edirəm ki, etik olmazdı. Sadəcə, onu deyə bilərəm ki, müzakirələr çox səmimi və problemlərin çözümünə hədəflənmiş şəkildə keçdi.

Məlum olduğu kimi, başçılıq etdiyiniz “Az-Granata” şirkətinin böyük nar bağları var. Açıqlaya bilərsinizmi ki, nar yetişdiriliciyi sahəsində ən aktual problemlər nələrdir?

- Nar yetişdirilməsində ən aktual problem odur ki, ağaclar üçün lazım olan bütün dərmanlar xaricdən gəlir. Tingçilik zəifdir deyə, nar çeşidləri çox azdır. Bizə başqa sifarişlər gələndə çeşid yoxdur deyə, məhsul hazırlaya bilmirik. Buna görə də fərqli çeşiddə böyük nar bağları olmalıdır ki, bizim üçün seçim etmək rahat olsun. Nazir İnam Kərimovla görüşdə nazirlik bu problemi xüsusi diqqətdə saxlayacağını vurğuladı və qeyd edildi ki, yeni tinglər gətiriləcək, yeni çeşidlər yetişdiriləcək. Təbii ki, bu, bir qədər zaman alacaq.

Bitkiçiliklə məşğul olan sahibkarlar əsasən aqranom çatışmazlığından şikayətlənirlər, bu barədə nə deyə bilərsiniz?

- Təəssüf ki, aqronom çatışmazlığı bizim sahədə də aktualdır, öz işini yaxşı bilən, hazırlıqlı aqronomlar çox azdır. Buna görə də biz bu sahənin inkişafı üçün çalışırıq, hətta öz hesabımıza bu sahədə təhsil almaq üçün Türkiyəyə tələbələr göndəririk. Məncə, Azərbaycanda yaxşı aqronom yetişdirmək mümkündür. Sadəcə, bu sahə üzrə təhsil sistemində yeniliklər edilməsinə ehtiyac var.

Bəs, ümumiyyətlə istehsalçı bir şirkət kimi, daha çox hansı sahələrdə kadr çatışmazlığı hiss edirsiniz?

-Məsələn, birini deyim, tinglərin yetişdirilməsi üçün mütəxəssislər ya azdır, ya da yoxdur.

Cənab Fərhadov, “Az-Granata” nara olan təlabatını tək öz bağlarından təmin edir, yoxsa başqa istehsalçılardan da nar alırsınız?

- Biz nara olan təlabatın yalnız 20-25%-ni öz bağlarımızdan qarşılayırıq. Qalan hissə isə kiçik sahibkarlardan alınır. Hər il müvafiq mövsümdə bunun üçün elanlar verir, tələb-təklif prinsipi əsasında alış qiyməti müəyyən edirik. Açığı, məhsul qəbul edərkən keyfiyyətə xüsusi üstünlük veririk. Keyfiyyətli mal isə həmişə baha olur. Bütün hallarda çalışırıq ki, alış qiymətlərini aşağı salıb il boyu gözünü həmin məhsulun satışına dikmiş vətənaşlarımızın ruzisini kəsməyək. Lakin bunun qarşılığında yerli istehsalçı olaraq nardan hazırladığımız məhsulları bazara mümkün qədər ucuz qiymətə çıxarırıq ki, hər kəs üçün əlçatan olsun.

Nardan hansı məhsullar hazırlayırsınız?

- Nardan meyvə şirələri, şərablar, soslar hazırlanır. Bizim məhsullar, reklam olmasın, həm daxili, həm də xarici bazarda çox bəyənilir, təriflənir. Nardan hazırladığımız çaxırlar Azəbaycana məxsus populyar brendə çevrilib. Eyni zamanda məşhur narşərab da bizim şirkət tərəfindən zavod şəraitində və son dərəcə yüksək keyfiyyətlə hazırlanaraq həm daxili, həm də xarici bazarda Azərbaycan məhsulu kimi təqdirlə qarşılanır.

Hansı xarici ölkələrin bazarında bu məhsullara tələb daha çoxdur?

- Bizim məhsulların 80%-ni nardan olan məhsullar təşkil edir. İstehsalın da demək olar 80%-ni xarici bazara çıxarırıq. Daha çox Amerika, Avropa ölkələri və Rusiyada bizim məhsullara təlabat var.

Nigar CƏFƏR
AzNews.az

image description image description image description image description