- Köhnə - İqtisadiyyat
- 14 Avqust 2018 15:04
- 3 512
“Azərbaycan “İpək yolu” layihəsinin vacib hissəsidir” - Çin səfiri
Azərbaycan “İpək yolu” layihəsinin vacib hissəsidir.
AzNews.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Çinin Azərbaycandakı səfiri Vey Tszinhua deyib.
O bildirib ki, Azərbaycan “İpək yolu” üzərində yerləşən və “Bir kəmər, bir yol” birgə təşəbbüsündə iştirak edən və layihəni dəstəkləyən vacib ölkədir:
“2015-ci ilin dekabrında prezident İlham Əliyevin Çinə səfəri zamanı tərəflər “İpək yolu” iqtisadi kəmərinin birgə tikintisi barədə anlaşma memorandumu imzalayıb. Sənəd Çin-Azərbaycan iqtisadi və ticarət münasibətlərinin inkişafına yeni təkan verdi”.
Səfir Azərbaycanın layihə infrastrukturunun inkişafına töhfəsini qeyd edib:
“Xəzər dənizi Avrasiyanı birləşdirən vacib ticarət kanalıdır. Çin Azərbaycan tərəfinin nəqliyyat infrastrukturunun tikintisi və müxtəlif layihələrin reallaşdırılması ilə bağlı səylərini alqışlayır. Pekin "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində hərtərəfli Çin-Azərbaycan əməkdaşlığını dərinləşdirməyə və "İpək yolu" boyunca yerləşən ölkələrin inkişafına töhfə verməyə hazırdır”.
AzNews.az