Hindistan hökuməti ölkədə yeddigünlük matəm elan edib. Hindistan hökuməti ölkədə yeddigünlük matəm elan edib.

Hindistanda 7 günlük matəm elan edildi

Hindistan hökuməti ölkədə yeddigünlük matəm elan edib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, ölkədə matəm elan olunmasına səbəb isə sabiq Baş nazir Atal Bixari Vadjpainin vəfatıdır.

Matəm avqustun 16-dan 22-dək davam edəcək.

Xatırladaq ki, sabiq Baş nazir avqustun 16-da 93 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 1996 və 1998-2004-cü illərdə Hindistan hökumətinə rəhbərlik edib.

“Asiaweek”-in ekspert-politoloqlar arasında keçirdiyi sorğunun nəticələrinə görə, Vadjpai 2000-ci ildə Asiyada ən yaxşı hökumət rəhbəri adlandırılmışdı.

O, bir neçə şeirlər toplusunun və kitabının müəllifidir.