Dəniz sahilində yerləşən bir çox ölkələrdə sərnişinlərin daşınması üçün gəmidən istifadə edilir. Qardaş Türkiyədə “vapur” adlandırılan bu cür gəmilər tıxacların azalmasına da səbəb olmaqla yanaşı, həm də əhalinin vaxta qənaət etməsinə və ekoloji fəsadların minimuma enməsinə rəvac verir. Xəzərin sahilində yerləşən Bakımızda sərnişin gəmilərinin işə salınacağı barədə zaman-zaman rəylər səslənir. Məsələn, “Bayraq meydanı”ndan Hövsana, Sumqayıta, yaxud Mərdakan və Türkana gəmi ilə getməyin nəyi pis olardı ki? Bəs, bu təşəbbüs barədə rəsmilər və ekspertlər nə düşünür? Dəniz sahilində yerləşən bir çox ölkələrdə sərnişinlərin daşınması üçün gəmidən istifadə edilir. Qardaş Türkiyədə “vapur” adlandırılan bu cür gəmilər tıxacların azalmasına da səbəb olmaqla yanaşı, həm də əhalinin vaxta qənaət etməsinə və ekoloji fəsadların minimuma enməsinə rəvac verir. Xəzərin sahilində yerləşən Bakımızda sərnişin gəmilərinin işə salınacağı barədə zaman-zaman rəylər səslənir. Məsələn, “Bayraq meydanı”ndan Hövsana, Sumqayıta, yaxud Mərdakan və Türkana gəmi ilə getməyin nəyi pis olardı ki? Bəs, bu təşəbbüs barədə rəsmilər və ekspertlər nə düşünür?

Hövsana, Sumqayıta, Nabrana gəmi ilə gedəkmi?

Dəniz sahilində yerləşən bir çox ölkələrdə sərnişinlərin daşınması üçün gəmidən istifadə edilir. Qardaş Türkiyədə “vapur” adlandırılan bu cür gəmilər tıxacların azalmasına da səbəb olmaqla yanaşı, həm də əhalinin vaxta qənaət etməsinə və ekoloji fəsadların minimuma enməsinə rəvac verir. Xəzərin sahilində yerləşən Bakımızda sərnişin gəmilərinin işə salınacağı barədə zaman-zaman rəylər səslənir. Məsələn, “Bayraq meydanı”ndan Hövsana, Sumqayıta, yaxud Mərdakan və Türkana gəmi ilə getməyin nəyi pis olardı ki? Bəs, bu təşəbbüs barədə rəsmilər və ekspertlər nə düşünür?

Su nəqliyyatı digər nəqliyyat vasitələrindən daha uzuc başa gəlir.

Bunu AzNews.az-a açıqlamasında nəqliyyat eksperti Azər Allahverənov deyib:

“Su nəqliyyatının yaranması haqqında müəyyən fikirlər var artıq. Mən özüm də su nəqliyyat vasitəsilə sərnişin daşımaq haqqında müxtəlif KİV-də çıxış etmişəm. Bizim Xəzər dənizimiz və sahil boyu ərazilərində bu limanları yaratmaq şəraitimiz var. Şimal bölgələrimizdən yəni Qusar, Xaçmaz bölgəsindən üzü cənuba doğru kifayət qədər böyük ərazimiz var ki, bu bölgələri bir-biri ilə əlaqələndirən maşın yolu ilə yanaşı həm də dəniz yolu da ola bilər. Digər tərəfdən su nəqliyyatının yaranması su turizminin və ümumiyyətlə turizmin inkişafına səbəb olacaq. Bildiyiniz kimi bu yaxınlarda Xəzər dənizinə çıxışı olan 5 dövlət öz arasında hüquqi statusla bağlı vacib bir sənəd imzaladı. Rusiya artıq 5 dövləti bir-biri ilə əlaqələndirən su turizminin inkişaf etdirilməsi üçün hazırlanan layihələrin istifadəyə verilməsini gündəmə gətirdi. Təbii ki, Azərbaycan bu prosesdə aparıcı rola malik olmaldır. Amma o vaxta qədər şimal və cənubu birləşdirən dəniz marşurutlarından çox səmərəli şəkildə, həm sərnişin daşıma, həm turizm, həm də yük daşıma üçün istifadə oluna bilər. Dəniz marşurutlarında istifadə etmək həm də sağlamlıq üçün yaxşıdır. Çünki, insanlar avtomobillər getdikdə yolda çirkli havanı udurlar, amma dənizlə səyahət etdikləri zaman təmiz hava da qəbul edəcəklər”.

Atalar demişkən “çörəyi al çörəkçidən, birini də üstəlik”! Biz də məsələyə bu baxımdan yanaşaraq, işin öz sahibindən də münasibət öyrəndik.

MPK- 470 sərnişin gəmisinin kapitanı, yazar Faiq Balabəyli bildirdi ki, ölkədaxili sərnişin daşımada gəmilərdən istifadə etmək o qədər də əlverişli deyil. Çünki, gəminin sərfiyyatı digər nəqliyyat vasitələrindən daha çoxdur və gəminin tutumu qədər insanın müraciət etməsi də dəqiq deyil. Buna görə də gəmidən gələn gəlir, xərclənən gəlirdən çox olmayacaq. Hələ gəmi ekipajının qidalanmasını da nəzərə alsaq, bu baha başa gələcək işdir. Azərbaycanda sərnişin daşıma ilə məşğul olan gəmilər də var. Bu gəmilər Türkmənistan və Qazaxıstana işləyir. Amma onlar tək sərnişin daşıma ilə deyil, həm də yük daşıma ilə məşğuldur. Yük daşımada ən gəlirli nəqliyyat vasitəsi gəmi və qatardır. Onların yük götürmə potensialı böyük tonnajlı maşınlardan qat-qat çoxdur. Türkmənistana gedən gəmilərdə həm yük, həm də sərnişin daşıyırlar. Bu baxımdan gəmiçilik sərfəlidir, amma Azərbaycan daxili sərnişin daşıma o qədər də sərfəli və əlverişli deyil. Ölkə daxili sərnişin daşıma gəmilərindən yalnız neft daşlarına fəhlə daşımaq məqsədi ilə istifadə olunur.

Məsələ ilə bağlı Dəniz Nəqliyyatı Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən bildirildi ki, mətbuat katibi Tural Museyibov hazırda məzuniyyətdə olduğu üçün heç bir suala cavab verə bilməyəcəklər.

Nigar CƏFƏR
AzNews.az