"Norton Rose Fulbright" beynəlxalq hüquq şirkəti Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) zəmanəti altında kreditorlar konsorsiumunun Transanadolu boru kəməri (TANAP) layihəsi üçün maliyyə ayrılması barədə qərarını dəstəkləyib. "Norton Rose Fulbright" beynəlxalq hüquq şirkəti Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) zəmanəti altında kreditorlar konsorsiumunun Transanadolu boru kəməri (TANAP) layihəsi üçün maliyyə ayrılması barədə qərarını dəstəkləyib.

Beynəlxalq hüquq şirkəti TANAP-a kredit ayrılmasını dəstəklədi

"Norton Rose Fulbright" beynəlxalq hüquq şirkəti Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) zəmanəti altında kreditorlar konsorsiumunun Transanadolu boru kəməri (TANAP) layihəsi üçün maliyyə ayrılması barədə qərarını dəstəkləyib.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumatıa görə, zəmanətin dəyəri 1,1 milyard dollar təşkil edir, 15 il müddətinə təqdim olunur. Kreditdən "Cənub Qaz Dəhlizi" QSC istifadə edəcək.

Dünya Bankı Qrupuna daxil olan MIGA-nın zəmanəti Azərbaycan QSC-nin kredit üzrə ödəniş öhdəliyinə suveren zəmanəti yerinə yetirməyəcəyi təqdirdə müdafiəni təmin edəcək.

Kreditorlar konsorsiumu "AKA Bank", "Citi", "Crédit Agricole CIB", ING, LBBW, "Santander" və "Société Générale"dən ibarətdir.

AzNews.az