""Premium Euro-95” və "Super Euro-98” markalı benzin xaricdən alınır və ölkədə bu kateqoriyalı benzinə olan tələbat cəmi 5 faizdir”. ""Premium Euro-95” və "Super Euro-98” markalı benzin xaricdən alınır və ölkədə bu kateqoriyalı benzinə olan tələbat cəmi 5 faizdir”.

"Premium” benzininin qiymətini Tarif Şurası müəyyənləşdirmir - Millət vəkili

""Premium Euro-95” və "Super Euro-98” markalı benzin xaricdən alınır və ölkədə bu kateqoriyalı benzinə olan tələbat cəmi 5 faizdir”.

AzNews.az "Sherg.az”a istinadən xəbər verir ki, bunu sözügedən benzin markalarının bahalaşma səbəblərindən danışarkən millət vəkili Aydın Hüseynov söyləyib.

O qeyd edib ki, bu markaların bahalaşması əhalinin xərclərinə ciddi təsir göstərməyəcək:

"Ölkə daxilində əsas tələbat dizel və "Aİ – 92” markalı benzinədir. Avtomobil istifadəçilərinin 95 faizi bu yanacaqları alır. Bu yanacaqların qiymətində isə heç bir artım yoxdur.

"Premium Euro-95” və "Super Euro-98” tipli yanacaqlardan mühərrikləri güclü olan ən bahalı maşınların sahibləri istifadə edirlər. Ona görə, bu markalı benzinlərin bahalaşmasının ölkədə orta təbəqənin gəlirlərinə, maddi imkanı aşağı olan ailələrinin büdcəsinə heç bir mənfi təsiri olmayacaq.

Bir məqamı da qeyd edim ki, sözügedən benzin markaları xarici ölkələrdə istehsal olunur, Azərbaycan onu idxal edir. Bu baxımdan, həmin benzinlərin qiymətini Tarif Şurası müəyyənləşdirmir. Xaricdən istehlak olunan bu məhsulları alış qiymətindən ucuz satmaq mümkün deyil. Ona görə, hər iki benzin markasının qiymətlərinin bahalaşması obyektiv səbəblərdən baş verib”.

Qeyd edək ki, avqust ayının 19-da Azərbaycanda "Premium Euro-95” və "Super Euro-98” markalı avtomobil benzinin qiyməti bahalaşaraq müvafiq olaraq 1 manat 50 qəpik və 1 manat 60 qəpik olub.

AzNews.az