Ümumdünya Poçt İttifaqının (ÜPİ) Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində keçirilən 2-ci növbədənkənar konqresi başa çatıb. Ümumdünya Poçt İttifaqının (ÜPİ) Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində keçirilən 2-ci növbədənkənar konqresi başa çatıb.

Efiopiyada Ümumdünya Poçt İttifaqının növbədənkənar konqresi keçirilib

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində keçirilən 2-ci növbədənkənar konqresi başa çatıb.

Konqresdə 130 ölkəni təmsil edən mindən çox nümayəndə iştirak edib. Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub. Konqresdə ÜPİ-nin strukturunda təklif olunan islahatlar, bu təşkilatda üzvlük haqqı sistemində dəyişikliklər, poçt əməliyyatlarının aparılması üzrə Ümumdünya Poçt Konvensiyasında bir sıra dəyişikliklər və sair məsələlər müzakirə olunub. Konqresin sonunda ÜPİ-nin yekun aktları qəbul olunub.

AzNews.az xəbər verir ki, konqres sənədlərinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Hökuməti adından Katibliyə siyasi bəyanat təqdim edilib. Bəyanatda Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisinin 20%-nin işğal olunması bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırılıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlarını işğal etməsi ilə əlaqədar, Azərbaycan Ümumdünya Poçt Konvensiyasının tələblərini Ermənistana münasibətdə tətbiq etməyəcək.

“Azərbaycan Respublikasının ərazisinin 20%-nin Ermənistan tərəfindən uzun illər işğal altında saxlanması nəticəsində respublikamızın iqtisadiyyatına, o cümlədən poçt sektoruna külli miqdarda ziyan dəyib. İşğal altında olan Azərbaycan Respublikasının ərazilərində Ümumdünya Poçt Konvensiyasının poçt markalarının dövriyyəsi haqqında müddəalarını (Konvensiya, maddə 6) həyata keçirmək mümkünsüz olub. Ermənistanın “Dağlıq Qarabağ Respublikası” adlanan qondarma qurum tərəfindən qanunsuz poçt markaları buraxması ÜPİ-nin Ümumdünya Poçt Konvensiyasının tələblərinə ziddir” - bəyanatda qeyd edilib.

Konqresdə, həmçinin nazirlər səviyyəli forum keçirilib, poçt sənayesində gələcək inkişaf tendensiyaları üzrə fikir mübadilələri aparılıb, verilən təklifləri ümumiləşdirməklə bu istiqamətdə strategiyanın hazırlanması təklif edilib.

Tədbirin məqsədi sahə üzrə mütəxəssislərin imkanlarını artırmaq üçün məlumat mübadiləsi aparmaq, habelə kibertəhlükəsizliklə bağlı insidentlərə qarşı mübarizə qruplarının fəaliyyətinin idarəolunması, fəaliyyət mexanizmləri ilə əlaqəli məsələləri müzakirə etməkdir.

Səidə Nurməmmədli,
AzNews.az