Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısı "Buta Airways”ə məxsus yeni "Embraer E-190” təyyarəsinin qarşılanma mərasimi olub. Sözügedən təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilib. Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısı "Buta Airways”ə məxsus yeni "Embraer E-190” təyyarəsinin qarşılanma mərasimi olub. Sözügedən təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilib.

“Buta Airways” yeni təyyarə aldı - Günnüt adı verildi

Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısı "Buta Airways”ə məxsus yeni "Embraer E-190” təyyarəsinin qarşılanma mərasimi olub. Sözügedən təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilib.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı aviaşirkət yayıb.

Yeni təyyarə loukosterin donanmasında sayca yeddincidir və aviaşirkətin uçuş cədvəlində daha çox tələbat olan istiqamətlərə əlavə reyslər yerinə yetirməyə imkan verəcək. "Buta Airways”in yeni təyyarəsi Naxçıvanın bu yaxınlarda erməni işğalından azad olunan Günnüt kəndinin şərəfinə adlandırılıb.

Ənənəyə uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni təyyarə "su arkası” ilə qarşılanıb. Qarşılanma mərasiminin xüsusi qonağı işğaldan azad olunan Günnüt kəndinin sakini olub.

image description image description