AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, sentyabrın 19-da “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı - “Neftçilər günü” ərəfəsində SOCAR-ın rəhbərliyinin nümayəndələri və çoxminli kollektivinin təmsilçiləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub. AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, sentyabrın 19-da “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı - “Neftçilər günü” ərəfəsində SOCAR-ın rəhbərliyinin nümayəndələri və çoxminli kollektivinin təmsilçiləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Neftçilər peşə bayramlarını qeyd edir

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, sentyabrın 19-da “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı - “Neftçilər günü” ərəfəsində SOCAR-ın rəhbərliyinin nümayəndələri və çoxminli kollektivinin təmsilçiləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Həmin gün SOCAR-ın baş ofisində “Azərbaycan nefti” ekspozisiyasının açılışı olub. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, energetika naziri Pərviz Şahbazov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, SOCAR və BP şirkətlərinin rəhbərliyi və qabaqcıl neftçilər iştirak edib. Ekspozisiyada Azərbaycan neftinin qədim tarixi və ölkəmizin neft-qaz sənayesinin şanlı inkişaf mərhələləri, həmçinin son illərdə əldə edilmiş nailiyyətlər öz əksini tapıb. Aparıcı sahələr barədə verilən əyani məlumatlar, istifadə olunan interaktiv görüntülər və maketlər sərgiyə böyük maraq doğurur.

20 sentyabr - “Neftçilər günü”nə həsr olunan təntənəli mərasimdə əvvəlcə “Neftçilər günü”nə, SOCAR-ın fəaliyyətinə və son illərdə neft-qaz sənayesində əldə edilmiş nailiyyətlərə həsr olunmuş videoçarx nümayiş olunub.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bütün neftçiləri peşə bayramı günü münasibətilə təbrik edərək deyib: “Yüksək ixtisaslı, zəhmətkeş neftçilər bizim ən qiymətli xəzinəmizdir. Məhz fədakar neftçi əməyinin sayəsində SOCAR ilbəil böyüyür, genişlənir. Biznes portfelini şaxələndirmək, hər hansı bir sahə və ya məhsuldan asılılığı minimuma endirmək məqsədilə 2008-ci ildən etibarən müxtəlif sahələrə yatırdığımız investisiyalar artıq öz bəhrəsini verməkdədir. Qarşıda bizi yeni üfüqlər, böyük perspektivlər gözləyir.”

Energetika naziri Pərviz Şahbazov bildirib: “Azərbaycanın neft sənayesinin qədim tarixini, enerji ölkəsi kimi qlobal əhəmiyyətini əks etdirən bu simvolik gün xalqımızın ümummilli lideri Heydər Əliyevin neftçilərimizin şərəfli əməyinə verdiyi yüksək qiymətin təcəssümüdür. 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan öz nefti ilə yeni status qazanaraq, uzaqgörənliklə gələcək enerji siyasətinin konturlarını müəyyənləşdirmiş oldu”.

“Hələ 1996-cı ildə Heydər Əliyev görüşlərinin birində demişdir ki, 1994-cü ilin sentyabrında imzalanmış müqavilə 30 il üçün nəzərdə tutulub. Əminəm ki, əməli işimiz bu müqavilənin müddətini uzadacaq. Çünki yeni imkanlar meydana çıxacaq. Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində ölkəmizin “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilədək uzadılmasına nail olması Ulu Öndərin bu müdrik gözləntilərini doğrultdu və dövlətimizin nə qədər aydın yolda olduğunu göstərdi”, - deyə nazir əlavə edib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Son 20 ildən artıq bir müddət ərzində Azərbaycanın inkişafı, burada yaradılmış dünya səviyyəli enerji infrastrukturu və miqyasca bərabəri olmayan neft və qaz layihələri bu ölkəni iri bir beynəlxalq enerji mərkəzinə çevirib. Bu layihələrin əsas qəhrəmanları, əlbəttə ki, ölkənin çoxsaylı neftçiləridir. “Neftçilər günü”nü qeyd etməklə biz onların fədakar əməyinə və böyük nailiyyətlərinə dəyər veririk. Onlar hamımızın dərin hörmətinə və sevgisinə layiqdirlər. Onlar Azərbaycanın yeni nəsil neftçilərinə daim nümunə olacaqlar və gənc nəsil məhz onlara bənzəməyə can atmalıdır.”

Daha sonra 2017-cı ilin yekunlarına görə əsas peşələr üzrə “İlin ən yaxşısı” nominasiyası qaliblərinə mükafatlar təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur.

AzNews.az