Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarını 103,8 mln. manat xalis mənfəətlə başa vurub. Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarını 103,8 mln. manat xalis mənfəətlə başa vurub.

Azərbaycanın bank sektorunun builki xalis mənfəəti - 100 mln. manatı keçib

Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarını 103,8 mln. manat xalis mənfəətlə başa vurub.

AzNews.az-ın məlumatına görə, “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, yanvar-iyul aylarının yekunu ilə müqayisədə 71,6 mln. manat və yaxud 3,2 dəfə çoxdur.

***

8 ay ərzində bank sektorunun faiz gəlirləri 1 138,4 mln. manat, faiz xərcləri 394,1 mln. manat, qeyri-faiz gəlirləri 347,8 mln. manat, qeyri-faiz xərcləri isə 651,2 mln. manat təşkil edib. Son nəticədə sektorun xalis əməliyyat mənfəəti 441 mln. manat olub.

Banklar bunun 316,4 mln. manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırıblar, digər mənbələrdən 0,7 mln. manat gəlir əldə ediblər, 21,5 mln. manat mənfəət vergisi ödəyiblər.

AzNews.az