İtaliyanın “Ferrari” avtokonserni Maranello şəhərindəki baş ofisində iki yeni avtomobil modelini təqdim edib. İtaliyanın “Ferrari” avtokonserni Maranello şəhərindəki baş ofisində iki yeni avtomobil modelini təqdim edib.

Bu avtomobildən dünyada cəmi 200 ədəd satılacaq - yeni “Ferrari” təqdim olundu

İtaliyanın “Ferrari” avtokonserni Maranello şəhərindəki baş ofisində iki yeni avtomobil modelini təqdim edib.

AzNews.az TopGear-a istinadən bildirir ki, bu maşınlar 1950-ci illərin yarış “Ferrari”ləri stilində hazırlanmış “Ferrari” Moqnza SP1 və “Ferrari” Monza SP2 barkettləridir.

Yeni modellərdən satışa cəmi 200 maşın çıxarılacaq.

Monza SP1 modelində sərnişin oturacaqları, ümumiyyətlə, yoxdur, SP1 və SP2-də isə “Ferrari” 812 Superfast modelinin idarəetmə vasitələri, oturacaqları və ön şüşəsi var.

Rodster tipli maşınlar 6,5 litr həcmli V12 mühərrikləri ilə təchiz olunub. 7 pilləli sürətlər qutusuna birləşdirilmiş mühərrik 800 at gücündədir.

340 km/saat maksimal sürətli modellər 100 km/saat cəmi sürəti 2,9 saniyədə əldə edir.

SP1 və SP2 modellərinin Parisdə keçiriləcək beynəlxalq avtosalonda nümayiş olunacağı gözlənilir.

Nərgiz SOLTAN
AzNews.az

image description