2018-ci il sentyabrın 19-da Qax rayonunun Meşəbaş kəndinə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ilk dəfə təbii qazın verilməsi münasibətiylə tədbir keçirilib. 2018-ci il sentyabrın 19-da Qax rayonunun Meşəbaş kəndinə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ilk dəfə təbii qazın verilməsi münasibətiylə tədbir keçirilib.

Daha bir kəndə təbii qaz verilib

2018-ci il sentyabrın 19-da Qax rayonunun Meşəbaş kəndinə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ilk dəfə təbii qazın verilməsi münasibətiylə tədbir keçirilib.

AzNews.az “Azəriqaz”aistinadən xəbər verir ki, Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki,90 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu7105 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac, fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edək ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

AzNews.az
Nərgiz Soltan

image description image description