Bu ilin sonunadək Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) yeni bitum istehsalı qurğusunun istismara verilməsi planlaşdırılır. Bu ilin sonunadək Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) yeni bitum istehsalı qurğusunun istismara verilməsi planlaşdırılır.

"İlin sonunadək..." - Rövnəq Abdullayev

Bu ilin sonunadək Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) yeni bitum istehsalı qurğusunun istismara verilməsi planlaşdırılır.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

“İlin sonunadək, həmçinin “SOCAR Polymer” layihəsi üzrə yüksəksıxlıqlı polietilen zavodu, eləcə də Karbamid zavodu istismara veriləcək”, - deyə R.Abdullayev bildirib.

Xatırladaq ki, 2016-cı il sentyabrın 19-da NEZ-in yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməli qoyulub. Qurğunun illik istehsal gücü 400 min ton olacaq və bu qurğuda “EN 40/60” markalı yol bitumu istehsal ediləcək. Yeni bitum istehsalı qurğusunun inşası Heydər Əliyev adına neft emalı zavodunda aparılacaq yenidənqurma tədbirlərinin ilkin mərhələsi olacaq. Bu qurğunun inşası məqsədilə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi işlərinin həyata keçirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik Avstriyanın “Poerner” şirkəti ilə Heydər Əliyev adına neft emalı zavodu arasında müvafiq müqavilə imzalanıb. Yeni bitum istehsalı qurğusunun inşası ilə keçmiş “Azərneftyağ” neft emalı zavodunun mövcud infrastrukturu tamamilə istismardan çıxarılacaq, dənizkənarı ərazilər boşaldılaraq “Ağ şəhər” layihəsinin reallaşdırılması üçün təhvil veriləcək. Bundan əlavə, Heydər Əliyev adına neft emalı zavodunun istismar xərcləri optimallaşdırılacaq və ölkə yüksək keyfiyyətli neft bitumu ilə təmin ediləcək.

AzNews.az