AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

"SOCAR Türkiyədə yeni neft-kimya kompleksinin inşasına başlayacaq" - 2019-cu ilin iyununda

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib ki, layihənin texniki-iqtisadi əsaslandırması 2019-cu ilin aprelində başa çatacaq. İyunda isə tikinti işlərinə başlanacaq.

Qeyd edək ki, SOCAR 2008-ci ildə Türkiyənin ilk neft-kimya zavodu olan “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. Hazırda “Petkim”in 51 faizlik səhmi SOCAR-a məxsusdur. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollardan çox investisiya qoyulub.

“Petkim” illik 3,6 milyon ton neft-kimya məhsulu istehsal edir. Cari ilin birinci rübündə “Petkim PetroKimya Holding A.Ş.”nin xalis mənfəəti 131,4 milyon türk lirəsi təşkil edib. Hesabat dövründə “Petkim”in gəliri isə 1,88 milyard türk lirəsinə çatıb. Hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir.

AzNews.az