Sentyabrın 20-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda, sentyabrın 21-də Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda, Şəki nümayəndəliyinin təşkilatçılığı ilə isə Şəkidə 1 saylı peşə məktəbində treninqlər keçirilib. Sentyabrın 20-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda, sentyabrın 21-də Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda, Şəki nümayəndəliyinin təşkilatçılığı ilə isə Şəkidə 1 saylı peşə məktəbində treninqlər keçirilib.

Lənkəranda, Qazaxda və Şəkidə treninqlər keçirildi

Sentyabrın 20-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda, sentyabrın 21-də Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda, Şəki nümayəndəliyinin təşkilatçılığı ilə isə Şəkidə 1 saylı peşə məktəbində treninqlər keçirilib.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, “Sülh - əmin-amanlıq, sosial, iqtisadi və mədəni inkişafdır”, “Biznes fəaliyyətində İKT-dən istifadə”, “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı”, “Marketinq”, “Menecment”, “Biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularını əhatə edən treninqlərdə biznes fəaliyyətində rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə, menecmentin mahiyyəti, insan resurslarının idarə edilməsi, biznes ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes plan və onun tərtib edilməsi, istehsalat planı və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlər çərçivəsində həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından (www.lisenziya.gov.az) və “biznesdən-biznesə” elektron platformasından istifadə qaydaları, Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə geniş məlumat verilib, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

AzNews.az